Bakıdan Sumqayıta ikimərtəbəli sürət qatarları - Mütləq izləyin - VİDEO

Hər gün Sumqayıtdan Bakıya gələrkən tıxacda qalan və yolda iki saatadək vaxt itirən sərnişinlərin narahatçılıqlarına iyunun 5-də son qoyulacaq. Çünki bu tarixdə Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi planlaşdırılır. Artıq bu qatarla bağlı bəzi təfərrüatlar bəlli olmağa başlayıb. Məsələn, sürət qatarları ikimərtəbəli olacaq və bu qatarlarda ayrıca yük yerləri olacaq. İnterval və bilet qiymətləri ilə bağlı məsələlər isə qatar istifadəyə verildikdən sonra aydın olacaq.
25 gündən sonra istifadəyə verilməsi planlaşdırılan Bakı-Sumqayıt dəmiryol xəttində işlər sürətlə davam etdirilir.
Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş-gəlişi təmin edəcək 63 kilometrlik yolun artıq 33 kilometrində xətlər yenisi ilə əvəzlənib. Hazırda Bakı vağzalında da platformalarda təmir işləri aparılır.
Bakı vağzalında tikinti işlərinə 200 canlı qüvvə, 40-a yaxın isə ağır texnika cəlb edilib.
"Azərbaycan Dəmir Yolları" qapalı səhimdar cəmiyyətinin mətbuat katibi Nadir Əziməmmədovun ''Xəzər Xəbər''ə verdiyi məlumata görə, sərnişinlər sürət qatarından vahid kartla istifadə edəcəklər. Qatarların intervalına gəldikdə isə qurumun sözçüsü bunun xəttə çıxacaq qatarların sayından sonra məlum olacağını dedi.
Bu arada qeyd edək ki, sərnişin çoxluğu nəzərə alınaraq qatarlar ikimərtəbəli olacaq. Müasir standartlara cavab verən qatarlar tezliklə Azərbaycana gətiriləcək.Həmin qatarlarda ''Wİ-Fİ'' xidməti və ayrıca yük yerləri də olacaq.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO












