Bakılı "avtoş" Ukraynaya vəlvələ saldı - FOTOLAR

Ukraynanın paytaxtı Kiyev şəhərində Boşaqovski küçəsi 9a ünvanında «Volkswagen Polo» aşıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Kiyev şəhər Dövlət avtomobil inspektorluğu idarəsi xəbər yayıb.
Hadisə şahidlərinin dediyinə görə maşın İndustrialnı yol ayrıcından mərkəzə tərəf yol almışdı. Sürücünün yüksək sürət səbəbindən magistral yolda idarəetməni itirdiyi güman olunur. Maşın sağa tərəf sürüşərək səkiyə dəyərək aşıb. Daha sonra arxası və sol kənarı ilə sürüşüb. Qəzaya uğrayan maşın ancaq işıq dirəyinə dəydikdən sonra dayanıb. Başlanğıcından sonuna qədər maşının sürüşmə izi 200 metrə dək uzanır.
Hadisə yerinə gələn milis əməkdaşları ilk olaraq müəyyənləşdiriblər ki, sərnişinlərdən biri maşından uçaraq yola - maşının qabağına düşüb. Maşın onu vurmasa da, adı açıqlanmayan sərnişin ciddi xəsarət alıb. Onda açıq kəllə beyin, sinə və qarın travmaları və diz qırığı müəyyənləşib.
Bakı nömrə nişanlı "Volkswagen"in 19 yaşlı sürücüsünün də adı açıqlanmır. Bakılı «avtoş» xastəxanaya çatdırılmaqdan da imtina edib.
Qəzanın baş vermə versiyalarından biri də budur ki, hadisə bir neçə «avtoş»un yarış keçirməsi zamanı baş verib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR






















