Bakını lərzəyə salan «avtoş» tutuldu: «6-7 polis maşını qovurdu, saxlamırdım – FOTO

Bakıda idarə etdiyi «VAZ-2107» markalı atvomobillə »sərxoş vəziyyətdə avtoxuliqanlıq edən, yol polisinin «saxla» əmrinə dəfələrlə tabe olmayan sürücü Amid Səxavət oğlu Zeynalov həbs olunub. Avtosfer.az-ın əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkən Amid Zeynalovla görüşüb. A.Zeynalov bildirib ki, yol polisləri onu Novruz bayramı günü – martın 22-də saxlayıblar: «Avtoxuliqanlıq etmirdim. Elə-belə sürürdüm. Yol polisi «saxla» işarəsi verdi, mən də saxlamadım. Arxamca gəldilər, yenə dayanmadım. Təxminən 3-4 dəfə «saxla» dedilər, amma sürdüm. Çünki sərxoş vəziyyətdə idim. Şeytan yolda çıxartdı, mən də içmişdim. Bayram günü idi. Sonra gördüm ki, arxamca 6-7 polis maşını gəlir. Amma yenə dayanmadım. Axırda maşının təkəri partladı, elə o vəziyyətdə də sürürdüm. Sonra maşın maneəyə dəyib dayandı, gəlib tutdular».
Üç uşuq atası olan Amid Zeynalov əvvəllər də avtoxuliqanlıq əməlinə görə həbs olunduğunu bildirib. Uşaqlarını üçün darıxan bu şəxs əməlindən pehman olduğunu da söylədi: «Daha yaş o yaş deyil. Yəqin ki, bir də belə olmaz».
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













