Bakının 14 yerində maşın saxlamağa qadağa qoyuldu - ÜNVANLAR

Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə şəxsi vətəndaşların taksi fəaliyyətilə məşğul olması qadağan edildi. Nəqliyyat Nazirliyindən baku.ws-ə verilən məlumata görə, yeni qərara görə, paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobillərilə taksi xidməti göstərə bilməyəcəklər. Onlara insanların sıx olduğu ərazilərdə dayanmaq qadağan ediləcək.
Həmin ərazilərdə ancaq "London taksi”ləri buraxılacaq. Yeni qərara görə, əsasən "Həzi Aslanov”, "Əhmədli”, "Neftçilər”, "Xalqlar dostluğu”, "Qara Qarayev, "Koroğlu”, "Gənclik”, "28 may”, "Xətai”, "İçərişəhər, "Sahil”, "Azadlıq Prospekti”, "20 yanvar” metrostansiyaların yaxınlığı və "Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib.
Qurumdan həmçinin bildirilib ki, tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Taksi fəaliyyətilə məşğul olmaq istəyənlər yalnız qeydiyyatdan keçən şirkətlərə müraciət edə bilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












