Bakının 44 yaşlı «avtoş»u – Tutulanların SİYAHISI – FOTO

Avtoxəbər 25 Aprel 2015 08:23 Oxunub 2353
Bakının 44 yaşlı «avtoş»u – Tutulanların SİYAHISI – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda cəza çəkən 18 nəfərdən 12-si işsizdir

Hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində yol hərəkəti qaydalarını pozduqları üçün 18 nəfər cəza çəkir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə həmin şəxslərlə keçirilən görüş zamanı məlum olub ki, 18 nəfərdən 12-si işsizdir. Onlar paytaxt Bakıda avtoxuliqanlıq, polisə tabesizlik və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiklərinə görə məhkəmə qərarı ilə 5 gündən 45 günədək inzibati həbs cəzasına məhkum ediliblər. Həbs olunanlar arasında 3 uşaq atası, diş həkimi də var. Onların ən cavanının yaşı 21, ən yaşlısının isə 44 yaşı var. Ən yaşlı sürücü Əsədullayev Elşən Telman oğludur. O, aprelin 22-də Səbail rayonunda saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsi ilə təqsirli bilinən bu şəxs həm avtoxuliqanlıq edib, həm də xəsarətlə nəticələnən qəza törədib. 

152-1.4. Bu Məcəllənin 152-1.1-ci, 152-1.2-ci və ya 152-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə —

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Avtosfer.az həmin şəxslərin siyahısını təqdim edir:

 

1.  Allahverdiyev Pərviz Musa oğlu. Ağdam rayonu - İşsiz – 1 ay 15 gün

2.  İsgəndərov Rəşad Cavanşir oğlu – İşsiz – Ağdaş rayonu – 30 gün

3.  Məmmədov Bəxtiyar İlham oğlu -  İşsiz – Bakı şəhəri – 25 gün

4.  Abduyev Vidadi Eyvaz oğlu – Fərdi əmək – Gürcüstan Respublikası – 15 gün

5.  Həmidov Ramil Ramiz oğlu – İşsiz –Bakı şəhəri – 20 gün

6.  Əliyev Vasif Atəş oğlu – İşsiz - Bərdə rayonu – 20 gün

7.  Səmədov Valeh Əsgər oğlu – Bakı şəhəri – İşsiz – 15 gün

8.  İslamov Şirxan Əbdülhüseyn oğlu – Bakı şəhəri – İhsiz – 30 gün

9.  Şuküllayev Fariz Tərlan oğlu – Siyəzən rayonu – İşsiz – 10 gün

10.  İmanov Baba Adil oğlu – Bakı şəhəri – Fərdi əmək – 25 gün

11.  Mirzəyev İsmayıl Nurəddin oğlu – Bakı şəhəri – Fərdi əmək – 12 gün

12.  Şahbazov Əfqan Şahverən oğlu – Masallı rayonu – İşsiz – 15 gün

13.  Mirzəyev Elvir Sabir oğlu – Ağcabədi rayonu – Fərdi əmək – 15 gün

14.  Dayanov Nurlan Elman oğlu – Şuşa şəhəri – İşsiz -  15 gün

15.  Əliyev Əliyoldaş Kamil oğlu – Bakı şəhəri – Diş həkimi – 30 gün

16.  Muxtarzadə Zülfüqar Sarənc oğlu – Bakı şəhəri – İşsiz – 5 gün

17.  Hüseynov Rauf Asif oğlu – Sabirabad rayonu – Fərdi əmək – 5 gün

18.  Əsədullayev Elşən Telman oğlu – Bakı şəhəri – İşsiz – 20 gün

 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh