Bakının bu dairəsində ancaq düzünə gedin - Hərəkət sxemi dəyişdi

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC İnşaatçılar prospektində Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılıb. Qurumun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görür. Belə ki, İnşaatçılar prospektində yerləşən dairəyə müxtəlif istiqamətlərdən daxil olan nəqliyyat vasitələri nişanlanma xətlərinin tələblərini pozurdu. Daha dəqiqi Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar və N.Nərimanov prospektindən gələn nəqliyyat vasitələrinə yol vermədən dairəyə daxil olmağa çalışırdılar. Bu da ərazidə nəqliyyat vasitələrinin sıxlığına səbəb olurdu. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC məhz bu istəqamətdən gələn nəliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edib.
Dəyişikliyə görə, artıq Naxçivani və Abdulla Şaiq küçələrindən “Statistika” dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olaraq, sıxlıq yaratmayacaqlar. Çünki prospektdə səki daşları ilə əhatə olunan təhlükəsizlik adacığı quraşdırılıb. Təhlükəsizlik adacığın içərisində yaşıllıq zonası salınıb. Bundan sonra həmin nəqliyyat vasitələri ancaq düzünə İnşaatçılar prospektinə daxil olaraq “Hyyat Recensy” oteli istiqamətində və sağa dönərək Bəsti Bağırova küçəsi ilə hərəkətlərinə davam edə biləcəklər. Bu da yalnız İnşaatçılar prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra. Naxçıvani küçəsindən gələrək İnşaatçılar prospekti Dövlət Statistika komitəsinin qarşısında yerləşən dairəyə daxil olmaq istəyən nəqliyyat vasitələri sola Abdulla Şaiq küçəsinə dönməlidirlər. Küçədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ACS tərəfindən N.Nərimanov prospektinə çıxış təmin olunub.
İnşaatçılar prospekti “Hyyat Recensy” oteli tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin Dövlət Statistika dairəsində maneəsiz şəkildə hərəkəti üçün də müəyyən işlər görülüb. Belə ki, dairə ilə üzbəüz nişanlanma xətləri ilə çəkilmiş təhlükəsizlik adacıqlarının ölçüləri kiçildilib. Nəticədə dairə ilə adacıqlar arasındakı məsafə, yəni yolun hərəkət hissəsi bir neçə metr genişləndirilib. Artıq İnşaatçılar prospektindəki dairədə zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











