Bakının bu küçələrində sürücülər qırmızı işığa düşməyəcək - VİDEO

Paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması üçün daim yeniliklər həyata keçirilir. Bu dəfə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi “yaşıl dalğa” prinsipinin tətbiq olunacağı prospekt və küçələrin sayının artırılması ilə bağlı açıqlama verib.
Bakıda “yaşıl dalğa”nın tətbiq olunduğu küçə və prospektlərin adları açıqlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda paytaxtın 4 prospekt və 11 küçəsində işıqforlar “yaşıl dalğa” prinsipilə çalışır.
Bunlar Tbilisi, Qara Qarayev, Nobel və Bülbül prospektləri, Bakıxanov, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Həsən Əliyev, Hüseyn Cavid, Səməd Vurğun, Cəfər Cabbarlı, Hənifə Ələsgərova, Təbriz və Şərifzadə küçələridir.
Qeyd edək ki, dərs ilinin başlaması ilə avtomobil və sərnişin sıxlığını nəzərə alan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi küçə və prospektlərdə “yaşıl dalğa” tətbiq etməyə başlayıb. Yəni nəqliyytın sıx olduğu küçə və prospektlərdə işıqforlar günün pik saatlarına uyğun olaraq qurulur. Belə ki, nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə işıqforda yaşıl işıq yandırılır. “Yaşıl dalğa” daha çox paytaxtdakı təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə tətbiq olunur.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyir ki, məktəb başlayanda bu tətbiq ediləcək hazırda işıqforların iş prinsipi araşdırılır, əgər sürücü 45-50 km-lə hərəkət edirsə, “yaşıl dalğa”ya düşəcək.
Dərs ilinin başlanmasına qədər “yaşıl dalğa”nını tətbiq olunacağı küçə və prospektlərin sayınını artırılacağı istisna edilmir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












