Bakının daha bir küçəsində əsaslı təmir başlandı - FOTO

Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində təmir işlərinə başlanılıb. Bu barədə Avtosfer.az-a Nəqliyyat Nazirliyi “Azəyolservis” ASC-nin mətbuat katibliyinin rəisi Pünhan Mürsəliyev məlumat verib. P.Mürsəliyevin sözlərinə görə, bu küçənin əhəmiyyətliliyi nəzərə alınaraq əsas prospektləri birləşdirdiyi üçün bu küçədə təmir işlərinə başlanılıb. “Sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edilən küçədə drenaj sistemi olmadığı üçün yağış suları yol örtüyünün səthində yığılırdı. Bu da yol örtüyünün deformasiyasına və dağılmasına səbəb olub. Bu gündən etibarən həmin yolda təmir işlərinə start verilib”, - deyə qurum rəsmisi bildirib.
P.Mürsəliyev əlavə edib ki, iki gediş, iki gəlişdən ibarət olacaq küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















