Bakının elektriksiz işıq dirəkləri – Qəzaların səbəbi - VİDEO

Paytaxtda işıqlandırma sistemi olmayan yollar var. Son illər Bakıda aparılan yenidənqurma və abadılıq işləri, sözün əsl mənasında paytaxtın simasını dəyişib. Ucaldılan müasir binaların və təmirdən çıxan tarixi məkanların fasad örtüyünün işıqlandırılması, paytaxtı gündüzündən çox geceləri özünə valeh edir. Bundan əlavə yeni salınan parklar da, sakinlərin istirahətini yaxşılaşdırmaqla yanaşı, şəhərin görünüşünə də müsbət təsir göstərir.
Bakının fəzadan görüntüsü dünyanın meqapolis şəhərləri siyahına düşməsinə səbəb olub. Amma bütün bu gözəl mənzərələrin bəzi qaranlıq məqamları da var.
Paytaxtda aparılan müşahidələr onu göstərdi ki, elə küçə və prospektlər var ki, zülmətə qərq olub. a href="https://az.wikipedia.org/wiki/Badamdar" target="_blank">Badamdar şosesində bir neçə ay öncə əsaslı təmirdən çıxan yola, bütün xəbərdaredici nişanlar və yeni işıq dirəkləri quraşdırılıb. Amma bu dirəklər heç bir önəm kəsb etmir.
Yaşayış sahəsini iki hissəyə bölən şossedə istənilən an qəza və ya piyada vurulma halı qaçılmazdı. Mənzərə və yaşanan problem sakinlər üçün də narahatlığa səbəb olur.
Növbəti baş çəkilən ərazi isə Xocasən-Lökbatan yolu oldu. İki qəsəbəni birləşdirən bu şosedə istər sürücü, istər də piyada kimi hərəkət etmək bircə Allahın ümidinə qalıb. Zülmətə qərq olan bu magistral da nura çıxacağı günü gözləyən yolların sırasındadı. Maştağa-Bilgəh yolu geniş zolağa və yeni asfalt örtüyə malik olsa da bu yolda da nura həsrət qalan işıq dirəkləri var. Amma onlar da elektirk enerjisinin nə olduğunundan xəbərsizdir. Yolla hərəkət edən istənilən sürücü bəlkə də, mənzil başına çatana qədər dua edir. Çünki ərazi o qədər zülmətə qərq olub ki, yolu ancaq avtomobilin ön işıqları sayəsində görmək mümkündür.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










