Bakının əsas yolunda sürət həddi artırıldı; amma radara düşə bilərsiz - FOTO

Bakının əsas prospektlərindən biri olan Neftçilər prospektində sürət həddi artırılıb. Avtosfer.az-ın verdiyi məlumata görə, «Dalğa plasa»nın qarşısından üzü Dövlət Bayraq Meydanı istiqamətində indiyədək 60 km/saat sürət həddi tətbiq olunurdusa, artıq bir neçə gündür həmin ərazidə hərəkət sürəti 80 km/saata qaldırılıb. Radar və kamera qurğusunun altında quraşdırılan bu nişanın quraşdırılması yaxşı haldır. Çünki həmin ərazidə 5-6 zolaqlı yol olduğu üçün hərəkətin daha intensiv olmasına şərait yaratmış olacaq. Amma burada çatışmazlıq da var. Çünki üzü Bayraq Meydanı istiqamətində hərəkət etdikdə sözügedən yola ən azı 3 yerdən yol birləşməsi var. «Yol hərəkəti haqqında» qanuna görə, yol birləşməsində və ya yol ayrıcında bu cür nişanlar təkrar olunmalıdır. Ona görə ki, həmin yerlərdən yola çıxan sürücü burada icazə verilən maksimum sürət həddini bilməlidir. Lakin əməkdaşımız yeni quraşdırılan nişanın yanından Dövlət Bayrağı Meydanının yanına qədər axtarış aparsa da, sürət rejimi ilə bağlı hər hansı əlavə nişana rast gəlməyib. O zaman belə çıxır ki, hazırda mövcud olan 80 km/saat sürət nişanı təxminən 200 metr irəlidə yerləşən Səbail rayon Yanğından Mühafizə İdarəsinin qarşısındakı yol birləşməsində qüvvədən düşür və bu halda sürücü avtomatik olaraq sürəti 60-a salmalıdır. Çünki 80-dan artıq sürətlə hərəkət etsə, qarşıdakı radar çəkəcək.
Bütün hallarda Dövlət Yol Polisi İdarəsi bu qarışıq vəziyyəti aradan qaldırmalıdır ki, sürücülər də normal hərəkət rejimində yola davam edə bilsinlər.
Piyadalara isə tövsiyyə edirik ki, Yanğından Mühafizə İdarəsinin qarşısındakı yeraltı piyada keçidindən istifadə etsinlər. Çünki sürət həddi artırıldığı üçün burada keçid ola-ola yolun ortası ilə hərəkət edən piyadanın vurulma təhlükəsi yüksəkdir.
Elməddin Muradlı
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir














