Bakıya 12 mindən artıq kamera ilə nəzarət edilir

Avropa Oyunları Əməliyyat Komitəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən birgə aparılmış ilkin hesablamalara görə nəzarət-buraxılış yerlərində xüsusi yoxlama avadanlıqlarından istifadə ediləcəyi nəzərdə tutulur. Bu barədə aprelin 16-da Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi»nin və « I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib. Avtosfer.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, Avropa Oyunlarına hazırlığın mühüm komponentlərindən olan yol hərəkəti təhlükəsizliyinin təşkili ilə əlaqədar 2014-cü ildə və cari ilin ötən dövründə 798 ədədi günəş enerjisi ilə qidalanan olmaqla 2377 yeni yol nişanı qoyulub və ya yenisi ilə əvəzlənib, 25 təkrarlanan işıqfor obyekti quraşdırılıb, küçə və yollarda 224 min paqonmetr cizgiləmə işləri aparılıb. Bakı şəhərində 290 nöqtədə videomüşahidə kameralarının quraşdırılması üzrə işlərin 65%-i artıq tamamlanıb. Hazırda «Təhlükəsiz Şəhər» sisteminin respublika üzrə (Metropoliten də nəzərə alınmaqla) 2039 nöqtədə 8085, o cümlədən paytaxtda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












