Bakıya daha 500 “London taksisi” gətirildi

İctimai nəqliyyatda istifadə olunan avtobus parkının yenilənməsi prosesi gedir. Ölkəyə bu il ərzində 65 ədəd orta və iritutumlu müasir avtobus gətirilib. Yaxın günlərdə daha 300 ədəd “İveco” markalı iritutumlu avtobus gətiriləcək. Həmin avtobuslar istismar üçün marşurut şəbəkəsinə daxil ediləcək.
Avtosfer.az xəbər verir ki, bu haqda modern.az-a Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov məlumat verib.
O qeyd edib ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planı”na uyğun olaraq paytaxta daha 500 ədəd yeni “London taksisi" gətirilib: “Hazırda taksilər müəyyən prosedurdan keçir və Avropa Oyunları zamanı sərnişinlərin xidmətində olacaq”.
İstismar müddəti başa çatan köhnə avtobuslara gəlincə, nazirlik rəsmisi bildirib ki, ümumiyyətlə, qaydalara görə, avtobusun istismar müddəti başa çatmayıbsa, ehtiyac yaranan ərazilərdə xəttə buraxılır: “Nisbətən köhnə avtobuslar istər şəhərətrafı, istərsə də bölgələrdə istismara verilir. Əgər avtobusun istismar müddəti başa çatıb və sərnişin daşımağa yarasızdırsa, utilizasiyaya (təkrar emal) göndərilir. Utilizasiya prosesi avtobusa ekspert rəyi verildikdən və Dövlət Yol Polisinin qeydiyyatından çıxarıldıqdan sonra baş verir. Bizdə belə avtobuslar yox dərəcəsindədir. Çox nadir hallarda tam yararsız avtobuslar olur, bunlar da qəza zamanı deformasiyaya uğrayanlardır”.
N.Həsənov sərnişindaşımada nağd ödənişin ləğvi və kart sisteminin tətbiqinin gecikməsi ilə bağlı bunları deyib: “Vaxt məsələsində ləngimə ola bilər. Düzdür, mart ayının 1-nə qədər nağd ödəniş sisteminin tamamilə ləğv ediləcəyini bildirmişdik. Amma bununla bağlı işlər yekunlaşmayıb və hazırda proses davam edir”.
Namiq Həsənov onu da bildirib ki, “Bakı-2015: Avropa Oyunları” ərəfəsində Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq: “Nəqliyyatla, yol təhlükəsizliyilə, ictimai nəqliyyatdan istifadə ilə bağlı müəyyən mesajlar çatdırcağıq. Yarış obyektlərində və onları əhatə edən yollarda “Parkinq yoxdur” qaydası tətbiq olunacaq. Eyni zamanda yarış günü biletləri yoxlanılmaqla tamaşaçılar öz avtomobillərini “Park et və get” dayanacaqlarına həvalə edəcəklər. Həmçinin sərnişin avtobusları 20 saatlıq iş rejimində çalışacaq”.
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu











