Reklam

Bayramda bölgələrə getmək asanlaşdı

Avtoxəbər 19 Sentyabr 2015 17:08 Oxunub 1532
Bayramda bölgələrə getmək asanlaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurban bayramı ilə əlaqədar bir sıra qurumlar gücləndirilmiş iş rejiminə keçəcək

 

Qurban bayramının yaxınlaşması ilə əlaqədar bir sıra qurumlar gücləndirilmiş iş rejiminə keçəcək. Gücləndirilmiş iş rejiminə keçən qurumlardan biri Azərbaycan Dəmir Yolları QSC-dir. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, bayramın gəlməsi ilə əlaqədar qurum sentyabr ayının 21-dən etibarən növbəli iş rejiminə keçəcək. “Bayramın gəlməsi ilə əlaqədar əlavə 20 vaqon hazır vəziyyətə gətirilib. Hansı zona istiqamətində sıxlıq yaranarsa bu vaqonlar həmin istiqamətə veriləcək”,-deyə N. Əzməmmədov bildirdi.

Ötən illərdəki təcrübəyə əsasən ən çox sıxlığın qərb zonasına –Qazax istiqamətinə hiss olunacağını deyən xidmət rəhbəri stansiyalarda təhükəsizlik tədbirlərinin gücləndiriləcəyini də bildirdi. 

Amma vətəndaşları narahat edən edən məsələ qiymətlərin süni şəkildə qaldırılması ilə bağlıdır. Nadir Əzməmmədovun sözlərinə görə bayram günü gediş haqlarının süni şəkildə qaldırılması hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndiriləcəsk. Onun sözlərinə görə qiymətlərdə heç bir dəyişiklik olmayacaq.  “Rayon istiqamətinə hərəkət edən qatarların gediş haqqında bayram münasibəti ilə heç bir artım ola bilməz. Sərnişinlər hansısa neqativ hallarla qarşılaşsalar bütün mobil operatorlardan 1822 qaynar xəttinə zəng vuraraq öz şikayətlərini bildirə bilərlər”,-deyə Nadir Əzməmmədov əlavə etdi.

Gücləndirilmiş rejimə keçən digər bir qurum isə Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Qurumun mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, kompleks sentyabr ayının 22-dən 27-nə qədər gücləndirilmiş iş rejimində çalşacaq.  “Hazırda gün ərazində 360-400 avtobusla rayonlar istiqamətinə 9-10 min insan daşınırsa, bayram günlərində bu 15 minə yaxın olacaq. Buna görə də xəttlərə əlavə 200-ə yaxın avtobus buraxılacaq”,-deyə mətbuat xidmətindən bildirdilər. Daha çox sıxlığın cənub istiqamətinə hiss olunacağını deyən qurum rəsmisi sərnişinlərə rahat gedib-gəlmək üçün əvvəlcədən kassalara yaxınlaşaraq bilet almalarını , yaxud avtovağzalın rəsmi saytından online bilet sifariş etmələrini məsləhət gördü. Avtovağzalda ötən bayramlarda müşahidə olunan süni qiymət artımına gəlincə, sərnişinlər hansısa artımla qarşılaşsalar dərhal kompleksin 1-ci mərtəbəsindəki kassaların yanında yerləşən dispeçer məntəqəsinə müraciət edə bilərlər.

Süni qiymət artımı ilə mübarizə aparılsa da bayramlar ərəfəsində bü cür neqativ hallara rast gəlinir .Bu da sərnişinlərin n arazılığına səbəb olur. Həmin faktlardan biri Bakı-Qazax istiqamətinə hərəkət edən avtobusda rast gəlinib, sürücü özbaşına olaraq gediş haqqını 10 manatdan 12 manata kimi yüksəltmişdi.Amma vətəndaşın müraciətindən sonra avtovağzalın növbə rəisi sərnişindən alınan əlavə vəsait özünə qaytarılıb.  Ona görə də belə neqativ hallarla üzləşən bütün sərnişinlərdən səlahiyyətli qurumların qaynar xəttinə və ya cavabdeh nümayəndələrinə müraciət etmələri xahiş olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh