Cərimə ödəməyən sürücülərə yeni cəza mexanizmi - Maaşdan tutulacaq - FOTO

Belçikada qayda pozduğu təqdirdə cərimə ödəməyən sürücülər üçün yeni cəza sisteminin tətbiqi nəzərdə tutulur.
Avtosfer.az-ın xəbərinə görə, Federal Publik Maliyyə Xidməti (Azərbaycan Maliyyə Nazirliyinin oxşarı) bildirir ki, qayda pozanların 94%-i cərimələri vaxtında ödəyir. Cəmi 6% isə bütün tədbirlərə rəğmən ödənişdən imtina edir. Maliyyə xidmətinin yeganə cəza metodu dəbbə puludur ki, bu da səmərəli deyil.
Bu günlərdə hökumətə yeni təklif verilib. Təklifə görə, ödənməyən cərimə qayda pozan şəxsin maaşından tutulmalıdır. Lakin bu da birbaşa deyil, məhkəmə qərarı ilə olmalıdır.
Digər təklif isə ödənməyən cəriməyə görə avtomobilin cərimə meydançasına yerləşdirilməsidir. Bu halda isə prokurorun sanksiyası tələb edilir.
Bir məsələni də xatırladaq ki, Avropa ölkələrində gecikmiş kredit və ya cəriməyə görə hansısa bank müştərinin hesabından pul silə, əmlakını əlindən ala bilməz. Bu yalnız məhkəmə yolu ilə mümkündür.
Vüqar
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?













