Belə avtomobil sürənlərin diqqətinə -PULSUZDUR - VİDEO

Son dövrlər ölkəmizdə də artıq elektrik enerjisi ilə işləyən avtomobillərdən istifadə edilməyə başlanılıb. Elə bu səbəbdən bu avtomobillərin enerji ilə təmin olunması üçün elektrik məntəqələri də yaradılır. İlk belə enerjidoldurma məntəqəsi artıq Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə istifadəyə verilib. Xüsusi proqram təminatı ilə idarə olunan enerji doldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrik avtomobillərində mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.
Bu məntəqələrdən istifadə yalnız kart sistemi ilə mümkündür. İlkin mərhələdə bu xidmətdən pulsuz istifadə edilməsi nəzərdə tutulur. Bir avtomobilin enerji ilə doldurulması isə maksimum 20 dəqiqəyə başa gəlir. Hazırda 2 ədəd quraşdırılmış bu cür aparatların yaxın vaxtlarda paytaxtın digər yerlərində və ölkəmizin bir sıra regionlarında da istifadəyə verilməsi planlaşdırılır.
"GreenCar", "Azərişıq" və "Aydia" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən bu layihədə əsas məqsəd ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək verməkdir. Layihə çərçivəsində həmçinin müxtəlif ölkələrin istehsalı olan elektriklə işləyən avtomobil, motosiklet, velosiped və digər nəqliyyat vasitələrinin də ölkəmizə gətirilməsi nəzərdə tutulub.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










