Belə nəqliyyat vasitələri ilə yola çıxmaq olmaz - VİDEO

Bir neçə dəfə sizə tamamilə kustar üsullarla yığılmış nəqliyyat vasitələrini göstərmişik. Belə maşınların sahibləri onları rəsmiləşdirmək istəyirlər. Bəs görəsən, bu cür avtomobilləri dövlət qeydiyyatına almaq üçün nə etmək lazımdır?
Biri müxtəlif detallardan idman avtomobillərini xatırladan maşın düzəldib, digəri işlənmiş ehtiyat hissələrindən traktor. Başqa biri isə qeyri-adi avtomobil ərsəyə gətirib.
Ölkəmizdə bu tipli yeniliklərə tez-tez rast gəlinir. Bu tipli avtomobilləri düzəldənlərin ən böyük arzusu isə onu dövlət qeydiyyatına aldırmaq olur. Bəs bunun üçün hansı prosesdən keçmək lazımdır? Daha sonra Standandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatlaşma orqanlarından uyğunluq sertifikatı alınmalıdır. Ancaq bu məsələdə bir problem var.
Bu isə o deməkdir ki, belə nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması mümkün görünmür. Çünki qanunvericilik çıxdaş edilmiş və yenidən bərpa edilmiş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə vermir. Belə avtomobillərlə yollara çıxan sürücüləri isə İnzibati xətalar məcəlləsinin 154.1-ci maddəsinə əsasən 50 manat miqdarında cərimə gözləyir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










