“Bentley” 12 silindrli mühərriklə vidalaşır - FOTO

“Bentley” şirkəti 6 litrlik W12 mühərrikdən istifadəni dayandırır.
Avtosfer.az-ın xəbərinə görə, əsrin əvvəllərində “Volkswagen” konserni tərəfindən hazırlanmış mühərrik hazırda yalnız “Batur” modelinə quraşdırılır. Əvvəlki illərdə bu mühərrikdən başqa firmalar istifadə etsə də, indi yeganə istehlakçı “Berntley”dir.
20 il ərzində 100 mindən çox belə mühərrik hazırlanıb, 3 dəfə təkmilləşmə aparılıb. Hər bir mühərrik avtomobilə qoyulmazdan əvvəl xüsusi sınaqdan keçirilir.
Müştərilər 12 silindrli mühərriki ilin sonunadək sifariş edə biləcəklər. İstehsal isə 2024-cü ilin avqustunadək davam edəcək. Bunun ardınca sexin 30 işçisi yeni V6 mühərrikləri öyrənmək üçün təlimə gedəcək.
2026-cı ildən “Bentley” yalnız hibrid modellər istehsal edəcək, 2030-cu ildə isə daxili yanma mühərrikləri dövrü başa çatacaq.
Vüqar
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?














