«Bentley» sürücüsü özünü başqalarından belə fərqləndirdi - BİABIRÇILIQ - FOTO

Bakıda bəzi sürücülər maşını harada və necə gəldi saxlamaqla düşünürlər ki, başqalarından fərqləndilər və hamı onlara baxıb «afərin» dedi. Məsələn, bu fotolarda gördüyünüz «Bentley» markalı, 10 FL 010 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kimi. Bu avtomobilin sürücüsü aprelin 19-da, axşam saatlarında avtomobili Yasamal rayonunda – Cavid parkının ətrafında bu cür biabırçı formada saxlayaraq parkda istirahətə gedib. O, avtomobili yolun hərəkət hissəsində saxlayıb.
Bu fotolar parkın Vergilər Nazirliyi ilə üzbəüz hissəsində çəkilib. Avtomobilin qəza işıqlarını yandırıb istirahətə gedən sürücüyə elə gəlir ki, bu işıqları yandırdıqda hər şey qaydasına düşür və qayda pozmur
Məsələnin maraqlı tərəfi budur ki, bütün bunlar ərazidə parkomatlara pul yığan Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) əməkdaşlarının gözü qarşısında baş verir. Onlar bu cür hallara göz yumurlar. Və hesab edirlər ki, onların işi yalnız pul yığmaqdan ibarətdir.
Əslində, həmin əraziyə pullu dayanacaq nişanı qoyulduğu kimi, avtomobilləri necə park etmək lazım olduğunu göstərən nişan da qoyulmalıdır. Bununla da, hamı maşını ya səkiyə paralel saxlamalıdır, ya da perpenduklyar. Və kimsə bu «Bentley»nin sürücüsü kimi, ikinci cərgədə park edərsə, bu barədə Dövlət Yol Polisinə məlumat verilməlidir ki, gəlib müvafiq tədbir görsünlər.
Fotolara diqqətlə baxsanız görərsiniz ki, «Bentley» sürücüsünün ikinci cərgədə maşın saxlaması bir yana, onun qarşısındakı «Mersedes» də tərsinə park edilib. Deməli, parkomatların yanında parketmə qaydalarını göstərən nişanlar mütləq olmalıdır ki, hər kəs öz istədiyi kimi dayanmasın.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















