Benzin almaq istəyən maşın qəzaya düşdü

Lənkəranda iki maşının toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Lənkəran-Boradigah yolunda, rayonun Şağlaser kəndi ərazisindən keçən hissədə gecə saatlarında baş verib. Şağlaser kənd sakini, 31 yaşlı Elşən Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qarşı tərəfdən gələn Separadi kənd sakini, 57 yaşlı Fərman Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən Fərman Məmmədovun yanında olan həyat yoldaşı 55 yaşlı Şəfayət müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisənin dəqiq başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra bəlli olacaq.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
anspress
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












