Benzin erasına son - Ölkədə elektromobillərin sayı artır

Cənubi Koreya paytaxtı Seul administrasiyası şəhərdə elektromobillərin sayını artırmaq niyyətindədir. Avtosfer.az ictnews-a istinadən xəbər verir ki, bu məqsədlə avtomobili adi rozetkadan enerji ilə doldurmağa imkan verən “EV-Line” kabel istehsalçısı “Power Cube” şirkəti ilə saziş imzalanıb. Sazişə görə, bu rozetkalar ev, ofis və s. yaxınlığında yerləşən dayanacaqlarda quraşdırılacaq.
Enerji toplamazdan əvvəl kabel rozetkada “RFID” nişanını (obyektlərin avtomatik identifikasiya üsulu) oxuyaraq sürücü və elektrik sərfiyyatı haqqında məlumatları mobil rabitə vasitəsilə “Power Cube” şirkətinə ötürür. “Power Cube” avtomobil sahibinə hesabı təqdim edir və enerji şirkətinə ödənişi həyata keçirir. Kabel ilə tam enerji doldurma 6-8 saat təşkil edir, halbuki enerjidoldurma stansiyalarında buna iki dəfə çox vaxt sərf olunur.
“EV-Line” kabelinin qiyməti 900 dollar olsa da, şəhər bələdiyyəsi onu sürücülərə pulsuz verməyi düşünür. Paytaxt administrasiyası cari ilin sonunadək "EV-Line” üçün 10 min, 2018-ci ilin sonunadək 100 min enerjidoldurma nöqtəsi açmağı planlaşdırır. Cənubi Koreya Ekologiya Nazirliyi elektromobillərə keçidi 2011-ci ildə həvəsləndirir. Bu istiqamətdə elektrik avtomobil və motosikletlərin icarəyə verilməsi təşkil olunur, həmçinin dövlət qulluqçuları onlardan pulsuz istifadə edə bilirlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










