Benzinə daha bir zərbə – Yeni yanacaq növü hazırlandı

Almaniyanın “Audi” avtomobil şirkətinin elmi-tədqiqat bölməsi bərpa olunan enerji mənbələri, CO2 və sudan istifadə etməklə sintetik dizel yanacağının ilk təcrübi partiyasını yaradıb. İKT.lent.az-ın “hi-news”a istinadən verdiyi məlumata görə, neftdən istifadə olunmadan hazırlanan və “E-Diesel” adını alan yeni yanacaq növünün təqdimatında Almaniyanın təhsil və elmi tədqiqatlar naziri Yohan Vank da iştirak edib və alqış sədaları altında öz avtomobilini yeni yanacaqla doldurub.
Sintetik yanacağın satışı ilə “Audi”nin iştirakı ilə yaradılan “Sunfire” startapı məşğul olacaq. Artıq Drezdendə ilk fabrik işə başlayıb. Mühəndislərin hesablamalarına görə, “E-Diesel”in maya dəyəri onun hər litrindən 1-1,5 avro gəlir götürməyə imkan verəcək, lakin yekun qiymət məhsulun hazırlanmasında istifadə olunan elektrik enerjisindən çox asılıdır. Bu enerji “yaşıl” da olsa, bahalıdır. “Sunfire” nümayəndələri bildirirlər ki, sintetik yanacaq öz tərkibinə görə istənilən ənənəvi yanacağı üstələyir. Yeni yanacağın tərkibində kükürd və yağ yoxdur, bu isə onu ətraf mühit üçün təhlükəsiz edir.
Normal solyarkadan fərqli olaraq "E-Diesel "şəffaf rəngə malikdir. Yeni məhsulu adi dizellə qarışdırmaq da mümkündür. “Mühərrik daha sakit işləyir və atmosferi daha az çirkləndirir. Biz artıq “E-Diesel”in kommersiya istehsalına və sifarişləri qəbul etməyə hazırıq”, - deyə “Sunfire” şirkətinin rəhbəri Kristian Olşauzen deyib.
Drezden təcrübi müəssisəsi yaxın aylar ərzində gündə 160 litr dizel yanacağı istehsal etməyi planlaşdırır. Sonrakı mərhələdə bu məqsədlə daha iri zavod qurulacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










