Bərk sürənlərə pis xəbər; sürəti 10 km aşanda da radara düşəcəksiz

Son günlər sürət rejiminə əməl etməyən bəzi sürücülər sürət həddini 10 km/saatdan artıq aşmağa görə MMX radar protokolu aldıqlarını deyirlər. Onlar Avtosfer.az-a bildiriblər ki, məsələn, 60-lıq yolda 73-lə radara düşənlər var. Maraqlıdır ki, indiyə qədər qanunvericilikdə nəzərdə tutulan sürət həddini 10-20 km aşmağa görə cərimə tətbiq olunmurdu. Yəni, bu qayda pozuntusuna görə radara düşənə rast gəlinmirdi. Amma son günlər bu qəbildən olan radar bildirişləri alan sürücülərin sayı artdığı üçün Avtosfer.az bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həqiqətən də son günlər yollarda müəyyən edilmiş sürət həddini 10 km-dən artıq aşanları da radar çəkir və sürücünün ünvanına müvafiq məktub göndərilir. Eyni zamanda, bununla bağlı sürücələrə «ASAN xidmət»in məlumat mərkəzindən SMS göndərilir: «Məlum olduğu kimi, bu məsələ ilə bağlı müvafiq sərəncam da verilib. Artıq «ASAN xidmət»in SMS-məlumat sistemi işə düşüb. Yollardakı radarları da elə qurublar ki, sürücü nəzərdə tutulmuş sürət həddini 10 km-dən artıq aşan kimi radar qurğuları onu qeydə alır və cərimə tətbiq olunur. Odur ki, sürücülər diqqətli olsunlar və sürət həddini aşmasınlar».
Qeyd edək ki, nəzərdə tutulmuş sürət həddini 10-20 km aşmağa görə cərimənin məbləği 10 manatdır. Əvvəllər isə 30 manat idi.
Elməddin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










