Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO

Amerikalı rejissor Tim Börtonun 1992-ci ildə çəkdiyi "Betmen qayıdır" filmində Maykl Kitonun idarə etdiyi betmobil 7 milyon dollara satıla bilər.
Avtosfer.az "New York Post"a istinadən xəbər verir ki, avtomobil "Julien's Auctions" hərrac evində satışa çıxarılacaq.
Hərrac evi avtomobilin betmobil üçün hərraclarda rekord qiymətə satılacağına ümid edir. Hazırkı rekord 1966-cı ildə Corc Barris tərəfindən hazırlanmış və 2013-cü ildə 4.6 milyon dollara satılmış betmobilə məxsusdur.
"Betmen qayıdır" filmində istifadə olunan avtomobilin uzunluğu təxminən altı metrdir. Onun çərçivəsi iki "Chevrolet Impala"nın şassisi əsasında hazırlanıb.
"Julien's Auctions"un "Entertainment" bölməsinin idarəedici direktoru Ketrin Uilyamson avtomobilin Hollivud tarixində xüsusi yer tutduğunu bildirib.
Onun sözlərinə görə, bu betmobil ekranda Betmen obrazının yeni dövrünü simvolizə edən avtomobil kimi tarixə düşüb.
Hərrac 23 noyabrda keçiriləcək.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?















