“BMW” 417 ədəd “X6” krossoverini geri çağırır

“BMW” şirkəti Rusiya bazarlarından 417 ədəd “X6” və “X6 M” krossoverini geri çağırır. Avtosfer.az xəbər verir ki, servis aksiyasına 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər satılmış avtomobillər düşür. Bu barədə “Rosstandart” məlumat yayıb.
Məlumata görə, çağırışa səbəb maşınların arxa spoylerində yarana biləcək nasazlıqdır.
Bildirilir ki, əgər nasazlıq aradan qaldırılmazsa, yüksək sürət zamanı spoyler kronşteyndən ayrıla bilər və bu da, hava axınının yaratdığı tıqqıltı səsinin gəlməsinə gətirib çıxaracaq.
“BMW”, potensial qüsurlu nəqliyyat vasitələrinin sahiblərinə, xidmətə gəlmələri barədə məlumat verəcək.
Bundan əlavə, avtomobilin təmirə düşüb-düşməməsi barədə isə, VIN-nömrələrini “Rosstandart” portalında dərc edilən siyahıda yoxlaya bilərlər.
Servis mərkəzlərinə çağırılan avtomobillərin arxa spoylerlərinin bərkidilməsi yoxlanılacaq və lazım olduğu halda dəyişdiriləcək.
Bütün işlər pulsuz həyata keçiriləcək.
Namiq Musayev
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












