"BMW" ABŞ-də 29 000-dən çox avtomobili geri çağırır

Almaniyanın BMW avtomobil konserni mühərrikin starter relesinin korroziya riski səbəbindən ABŞ-də 29 119 avtomobili geri çağırır.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat verib.
Məlumata görə, geri çağırılma müəyyən "BMW 530e xDrive" və "BMW 740Le xDrive" qoşula bilən hibridlərinə, eləcə də "iPerformance" xəttindəki digər modellərə şamil ediləcək. Buraxılış illəri göstərilməyib. Tənzimləyicinin bildirdiyinə görə, mühərrikin relesi korroziyaya məruz qala bilər və bu da həddindən artıq istiləşməyə və qısaqapanmalara səbəb olmaqla, yanğın riskini artıra bilər.
NHTSA vurğulayıb ki, geri çağırılma kampaniyası çərçivəsində dilerlər starteri pulsuz olaraq dəyişdirəcəklər.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












