BMW Çin elektrik avtomobilləri alıcılarına xəbərdarlıq etdi - "Kompromislər qaçılmazdır

BMW nümayəndələri Çin istehsalı elektrik avtomobillərində tətbiq edilən ultra sürətli şarj texnologiyalarını şərh edərək potensial alıcıları daha ehtiyatlı olmağa çağırıblar.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "PiataAuto.md” yazır.
Qeyd olunur ki, Çin şirkəti BYD yeni "Blade 2.0" batareyası və "Flash" şarj texnologiyasını təqdim edib. Bu texnologiya batareyanı 10%-dən 70%-ə cəmi 4 dəqiqə 54 saniyəyə, 97%-ə isə 8 dəqiqə 47 saniyəyə qədər doldura bilir. BMW-nin akkumulyator istehsalı üzrə direktoru Markus Falmober və "Neue Klasse" proqramının rəhbəri Mayk Rayxelt bildiriblər ki, belə yüksək şarj sürətləri mütləq müəyyən kompromislərlə müşayiət olunur. "Bir parametri, məsələn şarj gücünü xeyli artırmaq mümkündür, amma bu zaman digər göstəricilərdən imtina etmək lazım gəlir”, deyə Falmober qeyd edib.
Onun sözlərinə görə, BMW də öz yeni modellərində şarj gücünü artırmaq imkanına malikdir, lakin bu, batareyanın enerji sıxlığının və uzunömürlülüyünün azalmasına səbəb ola bilər.
Rayxelt isə bildirib ki, BMW "Neue Klasse" modellərində şarj gücü 400 kVt səviyyəsində məhdudlaşdırılacaq. Onun sözlərinə görə, 10 dəqiqəlik şarj təxminən 400 km məsafə üçün kifayət edir.
"On dəqiqə artıq çox qısa bir vaxtdır – bu müddətdə ya qəhvə içirsən, ya da tualetə gedirsən. Daha 1–2 dəqiqə qazanmaq üçün digər daha vacib göstəricilərdən imtina etməyə dəyməz”, deyə o bildirib.
Beləliklə, BMW sürətli şarj yarışında maksimal göstəricilərdən çox balanslı texniki yanaşmaya üstünlük verdiyini vurğulayıb.
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO
Mitsubishi Pajero ailəsi yeni modellərlə genişlənəcək
Yay mövsümündə avtomobil sürdükdən sonra radiatoru təmizləmək vacibdir?
Avtomobillərdə mis alüminiumu əvəzləyir – SƏBƏB - FOTO
Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA










