“BMW” ən yaxşı avtomobil istehsalçısı oldu - FOTO

Alman avtomobil istehsalçısı olan “BMW”, uzun illərdir müştəriləri tərəfindən sevilən firmalar arasında yer alır. Xüsusilə hər il bazara çıxardığı yeni modellər və dizayn əməliyyatları ilə birlikdə markanın məhsul çeşidi sürətlə yenilənir. Avtosfer.az xəbər verir ki, “Consumer Reports” tərəfindən hazırlanan ən yaxşı markalar sıralamasına görə şirkət, 2022-ci ilin birincisi seçilən “Subaru”nu keçərək liderliyə yüksəlməyi bacarıb. Belə ki, siyahı müxtəlif münsif və anketlərin səs vermələri nəticəsində ərsəyə gəlib. “Reports”un direktoru birinciliyə yüksələn “BMW” markasıyla bağlı çıxış edərək onun xüsusi özəllikləriylə seçilən, güvən verən modellər istehsal etdiyini və məhz bu səbəbdən ilk pillədə olmasına təəccüblənmədiyini vurğulayıb. Aşağıda qeyd etdiyimiz siyahıda “BMW”dən sonra 79 hesabla “Subaru”nun gəldiyini görürük. Həmçinin alman istehsal markalarından olan “Mini” də 79 xalla 3cü sırada yer alıb. Ardıyca 77 balla “Lexus” və “Honda” markaları gəlir. Qeyd edək ki, “Jaguar”, “Jeep” və “Land Rover” siyahının ən son sıralarında - 30, 31 və 32 ci pillələrdə yerləşib.
1. BMW - 81
2. Subaru - 79
3. Mini - 79
4. Lexus - 77
5. Honda - 77
6. Toyota - 76
7. Genesis - 76
8. Mazda - 75
9. Audi - 74
10. Kia - 73
Nərmin Əkbər
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?













