“BMW” hidrogen mühərriklərin istehsalı üçün 273 milyon dövlət dəstəyi alıb

“BMW” Almaniyanın digər avtomobil istehsalçılarından fərqli olaraq, mühərrik texnologiyası kimi hidrogenə yatırım edir. Federal hökumət və Bavariya əyaləti yanacaq əsaslı elektrik mühərrik sistemini inkişaf etdirmək üçün “BMW”nin hidrogen layihəsini dəstəkləyir.
Avtosfer.az xarici mediaya istinadən bildirir ki, Berlində avtomobil istehsalçısına “HyPowerDrive” layihəsi üçün 273 milyon avro məbləğində maliyyə dəstək sənədi təqdim edilib. Bu məbləğin 191 milyon avrosu federal hökumət, 82 milyon avrosu isə Bavariya əyaləti tərəfindən ödəniləcək. Yeni modellərin 2028-ci ildən bazara çıxması planlaşdırılır.
“BMW” həmin ildən etibarən “X5” SUV modelini hidrogenlə işləyən mühərriklə də təqdim etməyi planlaşdırır. Bu, elektrik, benzin, dizel və hibrid modellərə əlavə olacaq. Bununla da “BMW” hidrogenə yatırım edən yeganə alman avtomobil istehsalçısı olacaq. Avtomobil sənayesində bu mühərrik növü demək olar ki, əhəmiyyət daşımır. Çünki Almaniyada hidrogen yanacaqdoldurma məntəqələrinin sayı son vaxtlar azalıb. Həmçinin hidrogen digər mühərrik növləri ilə müqayisədə daha bahalı yanacaq sayılır.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












