“BMW i5”in M versiyası rəsmi olaraq elan edildi - FOTO

“BMW” zaman keçdikcə məhsul çeşidinə yeni və elektromobil modellər əlavə etməyə davam edir. Avtosfer.az xəbər verir ki, marka 5 Seriyası sedanın elektromobil versiyasıyla yanaşı Touring modelinin də elektrikli variantı da müştərilərinin qarşısına çıxacaq.
“BMW” şirkətinin sahibi Oliver Zipse, dünən gecə saatlarında reallaşan media görüşündə markanın 2022-ci ildəki satış uğurundan və 2023-cü il üçün gerçəkləşməsi gözlənilən proyektlərdən bəhs edib. Onun sözlərinə görə yeni 5 Seriyası bu yay istehsal olunmağa başlayacaq və il ərzində satışa çıxarılacaq.
Elektromobil 5 Seriyası “i5” adlandırılacaq və modelin Touring versiyası 2024-cü ildə təqdim olunacaq. Zipse, həmçinin “i5”in Touring variantının xüsusilə Avropada məhşurlaşacağını vurğulayıb.
Eyni zamanda 5 Seriyasının iki yeni plug-in hibrid versiyası da tanıdılacaq. Bu modellərin də 2024-cü ildə müştərilərə xidmət edilməsi gözlənilir.
“BMW” tamamilə elektromobil və şarj edilən hibrid variantlarından başqa, 48V-luq yüngül hibrid benzinli və dizel versiyalarının olacağını da qeyd edib.
Eyni zamanda 5 Seriyasının M versiyasını da müştərilərə təqdim olunacağını bildirən Oliver Zipse, markanın keçən il ən çox satılan modelinin “i4 M50” olduğunu vurğulayıb.
Qeyd edək ki, çıxışından sonra Zipse, üstü örtülmüş olan “BMW i5” insanlara göstərib.
Nərmin Əkbər
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?




















