“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?

Rusiyada “Porsche” və “BMW” sahibləri kütləvi şəkildə yeni problemlə qarşılaşıblar. Avtosfer.az "“AzPolitika”"ya istinadən xəbər verir ki, Rusiya mediasının yazdığına görə, ölkədə dron əleyhinə elektron müharibə (EW) sistemlərinin işləməsi səbəbindən sözügedən avtomobillər öz-özünə sönməyə başlayıb. “Mash” kanalının məlumatına görə, dron əleyhinə elektron sistemlər bu avtomobillərin standart peyk oğurluq əleyhinə sistemlərinə müdaxilə edir. Bu da avtomobillərin qəflətən kilidlənməsinə, işə düşməməsinə və ya yolda gedərkən belə sönməsinə, dayanmasına səbəb olur. “Porsche”-nin Rusiyadakı nümayəndəliyi problemi təsdiqləyib, lakin “BMW” dilerləri hələlik bununla bağlı şərh verməyiblər. “Mash”-ın məlumatına görə, problem ən çox 2016-cı ildən 2018-ci ilə qədər “Porsche Macan” və “Cayenne” modellərinin sahiblərinə təsir edib. Bununla belə, 2013-cü ildən 2019-cu ilə qədər olan bütün “Porsche” modelləri də bu problemləri yaşayır.
Oxşar problemlər “BMW”lərdə demək olar ki, “ConnectedDrive” ilə işləyən bütün modellərdə qeydə alınıb: 1, 2, 3, 4, 5 və 7 seriyaları, X1, X3, X4, X5 və X6 krossoverləri, eləcə də Z4, i3, i8 və M seriyaları. Təsirə məruz qalan bütün nəqliyyat vasitələri arasında ortaq bir xüsusiyyət zavod peyk siqnalizasiyasının olmasıdır. Sahiblər avtomobillərinin qəfil "sönməsindən" və evakuasiya tələb olunmasından şikayətlənirlər. Mütəxəssislər qeyd edirlər ki, PUA əleyhinə elektron sistemlərin tətbiqi bu avtomobillərin idarəetmə blokunun təhrif olunmuş və ya "yad" siqnal almasına səbəb olur. Avtomobil oğurlandığını “düşünür" və mühərriki avtomatik olaraq hərəkətsizləşdirir. Problemi aradan qaldırmaq üçün servislərdə artıq peyk kilidini deaktiv edən proqram təminatı tətbiq edilməyə başlayıb. Bu isə avtomobil sahiblərinə modeldən asılı olaraq, 50.000-150.000 rubla başa gəlir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları











