Böyükşor-Pirşağı yolunun tikintisi tıxac problemini aradan qaldıracaq? - VİDEO

Dünən Prezident İlham Əliyev "Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Trend xəbər verir ki, Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km və 6 hərəkət zolaqlı olacaq. Bu yolun Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacağı gözlənilir.
Uzunluğundan göründüyü qədər, yeni yol Böyükşor gölündən başlayaraq, Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağıya gedəcək. Bu, hazırkı dar Zabrat yolundan iki dəfə qısa olacaq.
Beləliklə, 2024-cü ildə qeyd edilən yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx tıxacların yaşandığı Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşacağı gözlənilir.
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu yol Bakı Şəhərinin Baş Planında da öz əksini tapıb.
“Yaxın 20 ildə tikiləcək yollardan biri idi. Böyükşor–Pirşağı avtomobil yolu indiki Zabrat yoluna alternativ olacaq. Şəhər yol şəbəkəsində hər bir yeni yolun olması müsbət haldır”, - deyə o əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik:
Trend
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












