Bu ölkə dizellə işləyən yük avtomobillərinin satışına - QADAĞA QOYACAQ

Böyük Britaniya hakimiyyəti 2035-ci ilə kimi böyük olmayan, 2040-cı ilə kimi yük götürmə qabiliyyəti 26 tondan yuxarı olan dizellə işləyən yük avtomobillərinin satışına qadağa qoymağa hazırlaşır.
Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil nəqliyyatında karbon tullantılarını azaldılması üzrə hökumət proqramında deyilir. Belə ki, 2050-ci ilə kimi bu tip tullantıların həcminin sıfır səviyyəyə salınması hədəflənir.
Qeyd edilir ki, yerli yük daşıyıcıları hökümətin həddindən yüksək hədəf müəyyən etdiyini bildirir. Çünki bu gün üçün uzun yol qət edən böyük yük avtomobillərinə akkumulyatordan işləməyə imkan verən texnologiyalar mövcud deyil.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqında yük avtomobillərinin iri istehsalçıları iritonnajlı dizel mühərrikli avtomobillərin satışını nəzərdə tutulandan 10 il tez, yəni 2040-ci ilə kimi dayandırmaq haqda qərar verdi. Sənədə "Daimler", "Scania", "Man", "Volvo", "Daf", "Iveco" və "Ford" imza atıb. ///Report
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










