Bu avtomobilin 3 milyon avro qiyməti olacaq

Almaniyanın “Capricorn” şirkəti məşhur “Zagato” studiyası ilə əməkdaşlıq edərək, yeni hiperkarını təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Autocar” portalı məlumat yayıb.
Model “Capricorn 01 Zagato” adlandırılıb və müasir mühərrikin gücünü klassik mexaniki transmissiya ilə birləşdirib.
Bu model 900 at gücünə malik olan 5,2 litrlik V8 turbomühərriki ilə təchiz edilib.
Çəkisi 1200 kq-dan az olan yeni model 100 km/saat sürəti üç saniyədən də az vaxta yığır. Onun maksimal sürəti isə 360 km/saatdır (222 mil/saat).
Bu avtomobildə hər şey sürücü üçün nəzərdə tutulub - ekran və ya rəqəmsal menyu yoxdur.
Karbon-keramika tipli “Brembo” əyləclərə malik olan yeni modelin qapıları yuxarı açılır və sürət qutusu beş pilləli mexaniki blokdan ibarətdir.
Həmçinin, avtomobil karbon lifli korpusa malik olacaq.
Portalın məlumatına görə, bu modeldən cəmi 19 ədəd hazırlanacaq və hər birinin qiyməti 3 milyon avrodan başlayacaq.(yeniavaz)



"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR












