Banner

Sürücü qoşa xətti tapdalayıb ara küçəyə döndü - 90-VP-272 - VİDEO

Qaydalar 16 Noyabr 2026 16:00
Sürücü qoşa xətti tapdalayıb ara küçəyə döndü - 90-VP-272   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 14-də saat 10:08 radələrində qeydə alınıb.

Belə ki, ara küçəyə dönmək istəyən 90-VP-272 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinin keçməsini gözləmək üçün hərəkət zolağında dayanıb. Nəticədə o, arxadan gələn avtomobillərin hərəkətini məhdudlaşdırıb. Daha sonra isə qoşa bütöv xətti keçərək əks istiqamətli hərəkət zolağına çıxıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq sola və ya geriyə dönməyə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228898.html

 

 

Oxunub : 38
ŞƏRH YAZ
Ad

E-mail

Şərh