Banner

Şagirdlərin həyatına təhlükə yaradan avtoxuliqan həbs edildi - VİDEO

Qaydalar 16 Noyabr 2026 16:11
Şagirdlərin həyatına təhlükə yaradan avtoxuliqan həbs edildi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs olunub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisindəki ümumtəhsil məktəblərindən birinin qarşısında avtoxuliqanlıq hərəkətləri edən sürücü Q.Astanov saxlanılıb.

O, idarə etdiyi VAZ-2106 markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçılarının, o cümlədən həmin vaxt məktəbin giriş qapısının önündə dayanmış məktəblilərin həyat və sağlamlığına təhlükə yaradıb.

Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Q.Astanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
 

bax.tvhttps://bax.tv/embed/228896.html

 

 

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh