Bu avtomobillərə tələbat artacaq - Bahalaşma gözlənilir?

Son illərdə Cənubi Qafqazda avtomobil parkının sürətli artımı müşahidə olunur. Xüsusilə Gürcüstan bu baxımdan regionda ön sıralardadır. Rəsmi məlumatlara əsasən, 2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, 2024-cü ilin sonuna bu rəqəm 2 milyonu ötüb. Bu isə 12 il ərzində avtomobil sayının təxminən 2,3 dəfə artması deməkdir. Avtomobil parkının genişlənməsi təkcə iqtisadi aktivliyin göstəricisi deyil, eyni zamanda ciddi problemlər də yaradır. Gürcüstan hökuməti hesab edir ki, artım tıxacların çoxalmasına və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Məhz buna görə də 6 ildən köhnə avtomobillərin ölkəyə idxalına məhdudiyyət tətbiqi gündəmdədir. Nəzərə almaq lazımdır ki, Gürcüstan regionun əsas re-eksport mərkəzidir və avtomobillərin böyük hissəsi buradan digər ölkələrə, o cümlədən Azərbaycan bazarına yönəlir.
Re-eksport dövriyyəsinin azalması, logistika xərclərinin artması Azərbaycanda avtomobil bazarına necə təsir edəcək? Hansı maşınlar bahalaşa bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Avtomobil Dilerləri Assosasiyasının idarə heyətinin sədri Eyyub Əliyev bildirib ki, son zamanlar Azərbaycana Gürcüstandan gələn maşınların sayı azalıb. Onun sözlərinə görə, 2025-ci ildə bu rəqəm 7 min ətrafında olub:

“Bu, 2024-cü illə müqayisədə 39 faiz azdır. Son statistik məlumatlar göstərir ki, artıq Gürcüstandan avtomobil gətirmək prioritet hesab olunmur. Əhali əsasən ikinci əl avtomobillər üçün Yaponiya, Koreya və ABŞ-yə üz tutur. İkinci əl avtomobil alanlar daha çox ili yeni olanlara üstünlük verirlər. Bu da ölkəmizrə son illər utilizasiya, 10 yaşdan yuxarı avtomobillərin gətirilməsinə icazə verilməməsi, 7 ildən artıq olan avtomobillərə isə aksiz vergisinin yüksək olması kimi hallardan irəli gəlir”.
E.Əliyev qeyd edib ki, ölkənin daxili bazarında kifayət qədər avtomobil var və ikinci əl bazarında canlanma olacağı gözlənilir:
“Bunlardan başqa, bizim ikinci əl bazarımızda durğunluq var idi, hazırda daxildə alqı-satqısı baş tuta biləcək yetərincə avtomobil var. Ekoloji təmiz avtomobillərə tətbiq olunan güzəştlərin müddəti bitdi, bundan sonra daxildəki ikinci əl avtomobillərə təlabat artacaq. Son illər ölkəmizdən əhali əsasən yerli avtomobil almağa üstünlük verir ki, bu da çox müsbət haldır”.
Sədr təklif edib ki, Mərkəzi Bank avtomobil alarkən ilkin ödəniş faizi dərəcəsini endirsin:
“Yaxın zamanda Mərkəzi Bank tərəfindən avtomobillərə ilkin ödəniş faizi dərəcəsinin 15-20 faizə enməsi barədə qərar qəbul olunsa, bizim digər ölkələrin köhnə və işlənmiş avtomobilllərinə ehtiyacımız olmazdı, vətəndaşlar minimal ilkin ödənişlə avtomobil əldə edərdilər. Ümid edirəm ki, 2026-cı ildə bu hal baş verər və ilkin statistikalarda ölkəyə gələn köhnə avtomobillərin sayında azalmalar müşahidə olunmaz. Necə ki, elektrik və hibrid avtomobillərinin ilkin ödəniş faizləri aşağıdır, eləcə də daxili yanma mühərrikli, dizel avtomobillərinə də bu hal şamil olunsa, çox yaxşı olar”.
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi
Dirsəkli val belə döyülür – VİDEO
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!
Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO
Tormoz mayesi və baş silindr tarixə qovuşur? - FOTO
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO








