Bu avtomobillərin sahibləri taxoqraf almağa hazırlaşsın

“Avtomobil nəqliyyatı haqqında” qanuna edilən və bir neçə gün əvvəl qüvvəyə minən dəyişikliklər bir sıra maraqlı yenilikləri nəzərdə tutur. Avtosfer.az xəbər verir ki, onları 4 qrupa bölmək olar:
1. Ölkədaxili sərnişin və yük daşımalarında istifadə olunan avtobusların və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejiminin dəqiq tənzimlənməsi və buna nəzarətin güclənməsi;
2. Sərnişin və yük daşımaları üçün lisenziyaların verilməsi qaydalarının dəqiqləşdirilməsi;
3. Ölkədə fəaliyyət göstərən avtoservislərin fəaliyyətinin standartlaşdırılması;
4. Avtomobillər üçün bütün ehtiyyat hissələrinin sertifikatlaşdırılması;
Bu məsələlərin hər birini ayrıca nəzərdən keçirək.
1. Məlumdur ki, ölkəmizin yollarında sərnişin avtobuslarının və yük avtomobillərinin iştirakı ilə baş verən qəzlarda sürücülərin iş və istirahət rejiminin pozulması, yəni sürücü yorğunluğu da rol oynayır. Bu səbəbdən dünyanın əksər ölkələrində kommersiya təyinatlı nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejimi ciddi şəkildə tənzimlənir və buna riayət olunmasına sərt nəzarət mövcuddur. Hazırda bizim ölkədə yalnız beynəlxalq sərnişin və yük daşımalarında istifadə olunan avtobusların və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejimi Nazirlər Kabinetinin 24 dekabr 2010-cu il tarixli, 244 saylı Qərarı ilə tənzimlənir. Ölkədaxili daşımalarda istifadə olunan avtobusların və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejimi xüsusi qaydalarla tənzimlənmir və deməli, buna ixtisaslaşmış nəzarət də mövcud deyil. Qanuna edilmiş dəyişikliyə əsasən, Nazirlər Kabineti yaxın gələcəkdə ölkədaxili daşımalarda istifadə olunan avtobusların və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejimini də dəqiq müəyyən etməlidir. Sözsüz ki, bu zaman əmək qanunvericiliyi, habelə bu sahədə formalaşmış beynəlxalq təcrübə də nəzərə alınacaq. Təcrübə isə təxminən belədir: sürücü sutka ərzində maksimum 8 saat (bəzi ölkələrdə 9 saat) avtomobil idarə edə bilər. Özü də bu 8 saaat arada məcburi fasilələr olmaqla, ən azı 2 (bəzən 3 və daha çox) hissəyə bölünməlidir. Başqa sözlə, sürücünün sutka ərzində 4 saatdan artıq fasiləsiz avtomobil sürməsi qadağandır. Bu iş rejiminə nəzarət üçün xüsusi qurğudan – taxoqrafdan istifadə olunur.
Beləliklə, yaxın gələcəkdə ölkəmizdə daxili daşımalarda istifadə olunan avtobuslarda və yük avtomobillərinində taxoqrafların quraşdırılması məcburi sayılacaq. Ona görə də bu tipli nəqliyyat vasitələrinin sahibləri indidən hazırlaşmalıdırlar. Bu yeniliklərin nəticəsində ölkəmizdə bu tipli nəqliyyat vasitələrindən istifadə ilə bağlı təhlükəsizlik səviyyəsi artmış olacaq. Lakin həmin yeniliklərdən sonra ölkədaxili sərnişin və yük daşımalarının bahalaşacağını da ehtimal etmək olar. Çünki əksər şirkətlər öz avtobus və yük avtomobillərini növbə ilə işləyən sürücülərə həvalə etməklə daha çox əmək haqqı ödəməyə, habelə taxoqrafların alınması üçün pul xərcləməyə məcbur olacaqlar.
Ərşad Hüseynov
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










