Bu bölgələrə gedən maşınların bir hissəsi yollarda qalıb

Azərbaycanın şimal-qərb bölgəsinə gedən avtomobillərin bir hissəsi yollarda qalıb. İsmayıllı rayonu ərazisinə yağan güclü qar yolun bağlanmasına səbəb olub. Magistral və rayondaxili yollarda nəqliyyat vasitələrinin hərəkətinin davamlı olması üçün tədbirlər görülüb. 40 km-lik Muğanlı-İsmayıllı magistral yolunun qardan təmizlənməsi üçün yol idarəsinin 40-dan artıq işçisi və 10-dan artıq texnikası əraziyə cəlb olunub. İsmayıllı 7 saylı Yol İstismar İdarəsindən verilən məlimata görə, aparılan tədbirlərə baxmayaraq, hazırda yolda qalan maşınlar var. Yolun daha təhlükəli olan hissələrində avtomabillərin hərəkəti çətinləşib. Xususilə də yük və iri tutumlu avtomaşınların hərəkəti tamamilə dayanıb. Hazırda həmin ərazidə qarın hündürlüyü 70-80 sm-dir.
Bununla yanaşı İsmayıllı-Qəbələ yolunun qardan təmizlənməsinə xeyli sayda ağır texnikalar cəlb olunub. İdarədən bildiriblər ki, İsmayıllı-Qaraməryəm və rayonla kəndlər arası yollarda avtomaşınlar rahat hərəkət edir.
Qeyd edək ki, hazırda rayon ərazisinə qarın yağması davam edir.
"Report"
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










