Bu dairədə hərəkət qaydası dəyişildi - Sürücülərin nəzərinə - FOTO-VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrliyində, “Sulutəpə dairəsi”ndə tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün əlavə tədbirlər görülüb. Avtosfer.az-ın “Azəryolservis”in saytına istinadən məlumatına görə, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilib: “Bundan əvvəl dairəyə Şamaxı istiqamətindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətlərinə davam edirdilər. Bu isə həmin istiqamətdə tıxacın yaranmasına səbəb olurdu. İndi isə həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə artıq müvafiq yol nişanları da quraşdırılıb”. Bundan başqa, dairəyə daxil olan yollarda genişləndirmə işləri də həyata keçirilib. Yolun kənarlarında yerləşən və səki daşları ilə əhatə olunmuş təhlükəsizlik adaları kiçildilib. Nəticədə yolun hərəkət hissəsi 3-3,5 metr genişlənib. Dairəni keçməklə Şamaxı istiqamətinə doğru olan yolun kənarında olan əyri xətli dəmir tirlər də kəsilərək, götürülüb. Bununla da, bu istiqamətdə də yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişlənib.
Sulutəpə dairəsində tıxacların aradan qaldırılması üçün atılan addımlardan başqa dairəyə daxil olan yollarda deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpa edilməsi işləri də aparılıb. Köhnə asfalt-beton örtüyü qaşınaraq daşınıb və həmin hissələrə yeni asfalt örtüyü döşənib. Həmçinin əyilmiş, sıradan çıxmış əyri xətli dəmir tirlər yeniləri ilə əvəzlənib.
“Azəryolservis”dən bildirblər ki, dəyişikliklər bu ərazidə nəqliyyat axınına müsbət təsir edərək, nəqliyyat sıxlığının azalmasına səbəb olub.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















