Bu gecə bu küçəyə getməyin!

Bu gecə Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq. Avtosfer.az-ın məlumatına görə, bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidməti elan edib. Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Yusif Səfərov küçəsində hər iki hərəkət istiqaməti üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində küçənin Heydər Əliyev və Babək prospektləri ilə kəsişməsindən, Cavanşir körpüsünə qədər və əks istiqamətdə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












