Bu halda 50 manat cərimə olunacaqsız, əgər qış təkərlərindən ... - Sürücülərin diqqətinə!

Avtomobillərdə qış təkərlərindən istifadə məsələsi sürücülər arasında tez-tez müzakirə olunur. Xüsusilə qış mövsümündə yol polisi tərəfindən bu səbəbdən cərimə tətbiq olunub-olunmaması maraq doğurur.
Maraqlıdır, qış mövsümündə avtomobillərdə mütləq qış təkərlərindən istifadə olunmalıdırmı?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, Azərbaycan qanunvericiliyində avtomobillərdə məcburi şəkildə qış və ya yay təkərlərindən istifadə ilə bağlı konkret tələb mövcud deyil.
Onun sözlərinə görə, qanunda yalnız təkərlərin texniki vəziyyəti ilə bağlı norma göstərilib.
“Qanunvericiliyə əsasən, avtomobil təkərinin protektorunun hündürlüyü 1.6 millimetrdən az olarsa, bu hal inzibati xəta hesab olunur və sürücü 50 manat məbləğində cərimə edilir”.
Elşad İsayev bildirib ki, sürücülər əsasən təkərlərin mövsümə uyğunluğundan çox, onların texniki göstəricilərinə və təhlükəsizlik tələblərinə diqqət yetirməlidirlər. Protektoru aşınmış təkərlərlə hərəkət etmək həm qanun pozuntusu sayılır, həm də yol-nəqliyyat hadisəsi riskini artırır. Beləliklə, hazırkı qanunvericiliyə görə avtomobildə qış təkərinin olmaması birbaşa cərimə üçün əsas sayılmır. Cərimə yalnız təkərin protektorunun normadan az olması halında tətbiq oluna bilər.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












