Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ

Bakıda sürücülərin yol dəyişərkən dönmə işığından istifadə etməməsi digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Bu qaydanın pozulması xüsusilə zolaq dəyişmə və dönmə zamanı qəza riskini artırır.
Avtosfer.az xəbər verir ki, bu cür qayda pozuntularının qarşısının alınması üçün sürücülərin diqqətinin artırılması və dönmə işığından düzgün istifadə vərdişinin formalaşdırılması vacibdir.
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, təhlükəsizliyə təsir edən çoxlu amillər var:

''Ancaq iki amil xüsusilə vacibdir dönmə işıqlarından istifadə etmək və güzgülərə baxmaq. Sürücü arxanı görmək üçün periodik olaraq güzgüləri yoxlamalıdır. Təəssüf ki, sürücülərin çoxu bu təhlükəsizlik qaydalarına əməl etmir. Dönmə işıqları hərəkətə başladıqda, zolaq dəyişdikdə, sağa və ya sola döndükdə, həmçinin hərəkəti dayandırdıqda istifadə edilməlidir. İntensiv hərəkət şəraitində dönmə işıqlarının rolu birə-beş artır. Çünki sıx avtomobil axınında dönmə işığından istifadə etmədən edilən hər hansı manevr digər sürücülər üçün qəfil və təhlükəli ola bilər. Ona görə də dönmə işıqlarından mütləq istifadə etmək lazımdır. Sürücülər arasında maarifləndirmə işləri aparılmalıdır ki, dönmə işıqlarından istifadə vərdişi formalaşsın. Eyni zamanda, güzgülər də daim nəzarətdə saxlanılmalıdır. Əslində, güzgülər bizim arxaya baxan gözlərimizdir. Biz güzgülərə baxmadıqda arxada olan təhlükələri görə bilmirik. Sürücü yalnız təhlükəli manevr zamanı deyil, hər 3-5 saniyədən bir güzgülərə baxmalıdır. Sol, orta və sağ güzgüləri yoxlamalıdır ki, arxasında və ətrafında olan təhlükələrdən xəbərdar olsun və vaxtında qəzanın qarşısını almaq üçün tədbir görə bilsin. Bu iki element həddindən artıq vacibdir. Təəssüf ki, bunlar yol hərəkəti təhlükəsizliyinin ən sadə, A və B hərfləri qədər əsas qaydalarıdır. Lakin bəzi sürücülər bu qaydalara əməl etmirlər və nəticədə tez-tez qəza şəraitinə düşür və ya qəza törədirlər''.
Fatimə
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












