Bu körpünün altında parklanma yeri ləğv edilib - FOTOLAR

Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində nəqliyyat vasitələrinin parklanma yeri kimi istifadə olunmasının qarşısı alınıb. “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, parklanma yeri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ləğv edilib. Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Avtomobil körpüsünün altındakı giriş hissələrə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub. Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də davam etdiriləcək.
Qeyd edək ki, «Yol hərəkəti haqqında» qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır. Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdu.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR

















