Bu küçədə qoşa xətti keçmək qayda pozuntusu sayılmır - FOTO

Uzun illərdir Bakının əsas küçələrinin birində hərəkət düzgün nizamlanmırdı və sürücülər bundan əziyyət çəkirdilər. Şəhidlər xiyabanından üzü aşağı düşüb Teletatrın yanından sağa dönənlər Nazirlər Kabinetinin qarşısına və ya Prezident Adminsitarsiyasının qarşısındakı yolla gedib Azneft meydanına düşmək üçün qayda pozmalı olurdular. Teymur Elçin küçəsi ilə hərəkət edən sürücülər Lermontov küçəsinə – Nazirlər Kabineti istiqamətinə dönərkən qoşa xəttin tələbini pozurdular. Həmin ərazidə isə bəyən yol polisləri dayanıb sürücüləri cərimə edirdilər. Burada təxminən 100 sürücüdən birinə cərimə yazılırdı ki, bu da bəxtəbəxt qərar olurdu.
Əksər sürücülər burada qayda pozmağı adi hala çevirmişdilər. Çünki başqa yol yoxdur. Nəhayət, uzun illərdən sonra sola dönməyə icazə verən yol nişanı sözügedən əraziyə quraşdırılıb. Bundan əlavə, qoşa xəttin bir tərəfi qırıq-qırıq xətlə əvəz olunub. Bundan sonra sürücülər həmin yoldan rahat şəkildə istifadə edə bilərlər. Lakin bir məsələ var ki, sola dönənlər yalnız sol zolağı tutmalıdır. Əksər sürücülər bir az sıxlıq olan kimi sağ zolaqda da dayanıb sola dönməyə çalışır. Bu isə üzü Bayıl qəsəbəsi istiqamətinə gedənlər üçün problem yaradır. Yəni, düzünə gedənlərin yolunu kəsirlər. Bu isə qayda pozuntusudur. Çünki sola dönmək üçün yalnız sol zolaqdan istifadə etmək olar.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













