Bu küçədəki tıxacın səbəbi bilindi - ÇATIŞMAZLIQ VAR - VİDEO

Yusif Səfərov küçəsində yaranan tıxacın səbəbi açıqlanıb. Paytaxt küçələrində yaranan tıxacların aradan qaldırılması üçün bəzi yollarda hərəkət istiqaməti dəyişdirilir. Amma təəssüf ki, heç də hər zaman bu dəyişikliklər istənilən effekti vermir. Məsəslən, əvvəllər Kövkab Səfərəliyeva küçəsilə hərəkət edənlər sola, Nizami küçəsinə dönə bilirdilərsə, indi sürücülərdən hərəkəti düz istiqamətdə davam etdirmək tələb olunur. Kövkab Səfərəliyeva küçəsilə Nizami küçələrinin kəsişməsində “düz hərəkət” yol nişanı quraşdırılıb. Yolun hərəkət hissəsində sola dönməyə icazə verilən işarə də silinib. Bu da Yusif Səfərov küçəsində tıxacın yaranmasına səbəb olub.
Məsələyə aydınlıq gətirən “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin sözlərinə görə, məqsəd, Nizami küçəsinin davamı olaraq Kövkab Səfərəliyeva küçəsilə kəsişmədən, Yusif Səfərov küçəsilə kəsişməyə qədər olan hissəsinin yenidən qurulub. Eyni zamanda Cavanşir körpüsünün yanından Kövkab Səfərəliyeva küçəsinə, o cümlədən Nizami və Kövkab Səfərəliyeva küçələrindən Cavanşir körpüsü istiqamətinə çıxışı təmin etmək idi.
Bununla da Yusif Səfərov küçəsinin yükünü şəhərə yönəltmək mümkün idi. Artıq bir neçə vaxtdır ki, vəziyyət dəyişib. Girişi qadağan edən nişan ərazidən götürülərək şəhərin bütün yükü Yusif Səfərov küçəsinin üzərinə düşüb. “Nizami küçəsindən gələn nəqliyyat vasitələrin Yusif Səfərov küçəsinə daxil olması, eynilə bu Yusif Səfərov küçəsilə hərəkət edən nəqliyyat vastələrinə ciddi problem yaradır. Eyni zamanda həmin hissədə qəza şəraiti yaranır. Güman edirəm ki, girişi qadağan yol nişanı həmin yerdə quraşdırılmasa, Yusif Səfərov küçəsində yaranan tıxacı aradan qaldırmaq mümkün olmayacaq”, – deyə Pünhan Mürsəliyev bildirib.
Qurum rəsmisi həmin ərazidən Yusif Səfərova girişi qadağan edən nişanın quraşdırılmasına, Yusif Səfərov küçəsindən Nizami küçəsinə girişi qadağan edən nişanın götürülməsinə böyük ehtiyacın olduğunu və bunula bağlı artıq BDYPİ-nə müraciət edildiyini bildirdi.
ANS
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Avtomobil daşıyan gəmi Hörmüz boğazında ilişib qalıb
Avtomobil istehsalçısı işlənmiş detal satır
Sürücülərə təkər bazarı ilə bağlı XƏBƏRDARLIQ: Alarkən mütləq DİQQƏT edin - VİDEO
Azərbaycanın sürücülük vəsiqəsi hansı ölkələrdə tanınır? - SİYAHI
Almaniya avtobanlarında sürət limitinin tətbiqi təklif olunur
Sürücülərə vacib xəbər - Avtomobilə aid yeni dövlət standartları qəbul edildi
Rusiyada BMW satışı 91 faiz artıb – SANKSİYALAR NECƏ OLDU?
Avtomobil sənayesində kiberhücumlar artıb - FOTO
Diqqət hərrac var! – Qiymətlər 2250 manatdan başlayır - SİYAHI
Avtomobil bazarında elektrikli modellərin sayı sürətlə artır










