Bu maşınların qiyməti kəskin ucuzlaşdı – bazarda “partlayış” gözlənir

Azərbaycanda son vaxtlar avtomobil bazarında qiymət dəyişiklikləri diqqət çəkir. Xüsusilə hibrid avtomobillərin qiymətində ciddi ucuzlaşma müşahidə olunur. Əvvəllər 30 min dollara təklif olunan bəzi modellər hazırda 20 min dollara qədər enib. Bu isə həm alıcıların, həm də satıcıların diqqətini cəlb edib.
Qiymətlərin kəskin düşməsi bazarda hansı dəyişikliklərin baş verdiyini gündəmə gətirir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, əslində əsas ucuzlaşma elektrik avtomobillərdə müşahidə olunur.
Onun sözlərinə görə, hibrid avtomobillərdə ciddi qiymət dəyişməsi yoxdur:
“Əksinə, gələn ildən hibridlərə tətbiq edilən güzəştlərin ləğvi gözlənildiyi üçün alıcılar bu tip avtomobilləri indidən almağa üstünlük verirlər. Yanvar ayını gözləmirlər, bazarda bir növ tələskənlik yaranıb. Qiymətlərin düşməsinin əsas səbəbi isə sağlam olmayan rəqabətdir. Rəsmi dilerlər vasitəsilə ölkəyə gələn avtomobillərlə yanaşı, fərdi şəxslər – yəni “alverçilər” Çin bazarının daxili istehsalı olan modelləri ucuz qiymətə ölkəyə gətirirlər. Bu avtomobillər çox zaman nə ehtiyat hissələri, nə də texniki xüsusiyyətlərinə görə regionumuza uyğun olmur. Belə modellər rəsmi şəkildə idxal olunan avtomobillərlə müqayisədə keyfiyyət və təhlükəsizlik baxımından geridə qalır”.
AADA sədrinin sözlərinə görə, fərdi idxalçılar arasında da hazırda qiymət “müharibəsi” gedir:
“Bazarda bəzi şəxslər maşını maya dəyərinə, hətta ziyana sataraq bir-birinin bazarını “vurmağa” çalışır. Əvvəllər bu şəxslər üzərinə 300-500 dollar qoyub avtomobil satırdısa, indi ziyana işləyirlər. Hətta aralarında “filankəsi yandırdım, ondan ucuz satdım” kimi söhbətlər də dolaşır. Bu isə bazarda ləyaqətsiz və qeyri-peşəkar mühit formalaşdırır. Avtomobil bazarımız sivil qaydalardan uzaqlaşaraq xaotik bir alış-veriş məkanına çevrilib. Bu tendensiyanın sonu yaxşı görünmür”.
E.Əliyev əlavə edib ki, rəsmi idxalla gələn avtomobillərin təhlükəsizlik zəmanəti olur, amma fərdi şəxslər vasitəsilə gətirilən modellərdə bu təminat yoxdur:
“Zavod qüsuru aşkar edilən rəsmi avtomobillər geri çağırılır, təmir olunur və ya əvəzlənir. Lakin fərdi şəxslərin gətirdiyi avtomobillər bir neçə əl dəyişdiyindən, belə hallarda nə istehsalçı, nə də alıcı məsuliyyət daşıyır. Sonda təhlükəli bir nəqliyyat vasitəsi yollarda hərəkət edir ki, bu da gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Təəssüf ki, bazarda sağlam rəqabət yox səviyyəsindədir və bu prosesin hardasa “partlayacağı” ehtimalı böyükdür”.
Avtomobilinizdəki TƏHLÜKƏ - İstilik onları bombaya çevirir
Bu kameralar hətta diz üstündəki telefonu da görür - FOTO
Ən çox bu avtomobil markaları qəfil alışır - Çin maşınlarının adı çıxıb
Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - AÇIQLAMA - VİDEO
Laboratoriya bitki yağına yüksək keyfiyyətli mühərrik yağı sertifikatı verdi - FOTO
Dünyanın ən aqressiv sürücüləri bu ölkədə yaşayır
Çinli istehsalçıların qlobal problemi: maşın çox, bazarlar kiçikdir
"Honda" 880 mindən çox avtomobili geri çağırır - Nasazlıq var
Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Sığorta haqqının hesablanması qaydaları dəyişir - VİDEO
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: Nəqliyyat ekspertinin baxışı










