Bu ölkə rəqəmsal sürücülük vəsiqələrinə keçir

Avstraliyanın cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatı əhaliyə sürücülük vəsiqələrinin rəqəmsal versiyasını təklif edir. Növbəti dörd il ərzində ştatın sakinləri plastik vəsiqələri əvəz edəcək rəqəmsal lisenziyalardan istifadə edəcəklər. Avtosfer.az xəbər verir ki, bu barədə trend Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, hakimiyyətdə olan Liberal-Milli Koalisiya Partiyası növbəti seçkilərdə də qalib olsa, növbəti dörd il ərzində sürücülük, gəmi və balıqçılıq üçün tələb olunan lisenziyalar da rəqəmsal formatda vətəndaşlara təqdim ediləcək. Hazırda Avstraliyada 123 müxtəlif növlü lisenziya tətbiq olunur və hər il 2,8 milyon plastik kart istifadəyə verilir. Bu da on milyonlarla dollar artıq vəsaitin xərclənməsi deməkdir. Qeyd edək ki, cari lisenziyalardan istifadə ləğv olunmayacaq və vətəndaşlar rəqəmsal lisenziya və cari lisenziya arasında seçim etmək hüququna malik olacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












