Bu ölkədə vəsiqəsiz də maşın sürmək olar – TAM QANUNİ

Söhbət dünyada yol hərəkəti qaydalarına çox ciddi əməl edilən ölkədən gedir. Uzaq Skandinaviya ölkəsi İsveçdən. Bir ölkə ki, paytaxtında 2020-ci ildə avtomobil qəzalarında cəmi 1 NƏFƏR həlak olub.
Avtosfer.az-ın xəbərinə görə, İsveçdə 15 yaşı tamam olan hər kəs istənilən minik avtomobilini vəsiqəsiz idarə edə bilər. Bir şərtlə ki, sürət 30 km/saatla məhdudlaşdırılsın. Əlavə olaraq avtomobilin arxa şüşəsində “aşağı sürətli nəqliyyat vasitəsi” nişanı və qoşqu yeri olmalıdır. Arxa oturacaq sökülməlidir.
Belə maşınlara və sürücülərə İsveçdə “A traktor” deyilir. Bu üsul gənclər arasında geniş yayılır. Əslində bu yeni hal deyil.
II Dünya Müharibəsi və sonrakı dövrdə traktor qıtlığına görə hökumət minik avtomobillərinə konstruksiya dəyişikliyi edərək traktor kimi istifadəyə icazə verir. Bu zaman sürət 30 km/saatla məhdudlaşdırılır.
50-ci illərdə traktor bollaşsa da, ucqar yerlərdə gənclər vəsiqəsiz avtomobil sürmək üçün bu metoddan istifadəni dayandırmır. Hökumət 1963-də bunu qanunlaşdırır və “A traktor” deyilən sistem bərqərar olur.
Avropa Komissiyası ötən həftə bu sistemi tənqid edərək sadələşdirilmiş sistemlə sürücülük vəsiqəsi verilməsini tövsiyə edib.
Sığortaçılar da narazıdır. 2022-ci ildə “A traktor”ların törətdiyi qəzalarda 4 nəfər ölüb, 200 nəfər xəsarət alıb.
Vüqar Yaşaroğlu
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?














