Bu prospektdə «protiv» getməyə icazə verildi - DYP-dən xəbərdarlıq

Paytaxtın Zərifə Əliyeva küçəsində Rəsul Rza küçəsinin kəsişməsinədək olan hissəsi üzrə asfalt örtüyünün çəkilişi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsi rəisi, polis polkovniki Vaqif Əsədov avtosfer.az-a bildirib ki, Həmin ərazi üzrə avtomillərin fasiləsiz və təhlükəsiz hərəkəti məqsədi ilə Neftçilər prospekti üzrə, Azadlıq prospekti kəsişməsindən, yəni Azadlıq meydanından keçməklə hərəkətin əksinə - Neftçilər prospekti, Rəsul Rza kəsişməsinə doğru alternativ yol üzrə istiqamət müəyyən edilib.
Asfalt örtüyünün çəkilişi ilə əlaqədar Neftçilər prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri bir istiqamətli 3 və 5 hərəkət zolağı olan qol qovşağıdır ki, onlarla kəsişən Rəşid Behbudov, Bülbül, Səməd Vurğun və digər küçələr üzrə hərəkət məhdudlaşdırılıb. Ərazidə yaranan vəziyyətə uyğun olaraq, sürücülərdən və avtomobil sahiblərinə tövsiyə olunur ki, müəyyən olunan istiqamətlər üzrə tələblərə uyğun hərəkət etsinlər. Xüsusilə, Azadlıq proospektində Zərifə Əliyeva küçəsinin kəsişməsindən düzünə - Neftçilər prospekti istiqamətinə hərəkət təşkil edilib. Qeyd edilən küçə və prospektlər üzrə nəqliyyat sıxlığının yaranmaması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, yollarda təmir işləri qısa müddətə yekunlaşana qədər paytaxt sakinləri ictimai nəqliyyata üstünlük versinlər və müəyyən olunan alternativ yollardan istifadə etsinlər.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










