Bu qaydanı bir gündə neçə dəfə pozsanız o qədər də cərimə olacaq - VİDEO

Avropa Oyunları öncəsi paytaxtın müəyyən küçə və prospektinə çəkilmiş sarı xəttlər bəzi ərazilərdə silinməyə başlanıb.Yol işçiləri tərəfindən ''sarı xətt'' silindikcə yerinə qırıq-qırıq ağ boya vurulur.Yük avtomobilinin sürücüləri bu xəbəri diqqətlə izləyin ki, hansı ərazilərdə sarı xəttin silinib, hansı ərazilərdə isə qüvvədə qalmasını biləsiniz.
Bu texnika vasitəsi ilə sarı xəttin bir hissəsi silinir, digər hissəsinə isə ağ rəng vurulur.
Görüntülər paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektindəndir.
«Oyunlar zolağı»nın bir neçə metri silindkcə, digər hissələrinə də qırıq-qırıq ağ boya vurulur. Yəni bu o deməkdir ki, həmin ərazidə istənilən avtomobil hərəkət edə bilər.
İşi ''Azəryolservis'' ASC-nin əməkdaşları aparır. Qrumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflidən aldığımız məlumata görə, bu işlərə ilk olaraq Ziya Bünyadovda prospektində başlanıb. Sonra Tbilisi prospektinin iki zolaqlı ərazisində işlərə start veriləcək.
Ancaq yük avtomobillərinə qadağan edilmiş sarı xətlər 3 və 4 zolaqlı yollarda silinməyəcək. Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaq. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədər də cərimələnəcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












